DÇ-2022 daha bir proqnozsevərə böyük sevinc bəxş edib.
Apasport.az saytının məlumatına görə, better 1/4 finalın Mərakeş – Portuqaliya oyunundan böyük qazanc götürüb.
Bukmeker kontorunun müştərisi qarşılaşmanın ikinci hissəsinə mərc gəlib. O, fasilədən sonra qol vurulmayacağını proqnozlaşdırıb.
Better buna 800 min rubl (21 min 760 manat) qoyub. Bu variantın əmsalı 4,10-a bərabər olub.
İlk yarıda 1:0 hesablı qələbə qazanan Mərakeş fasilədən sonra hesabı qoruyub. Nəticədə proqnozsevər 3 milyon 280 min rubl (89 min 239 manat) uduşa sahib çıxıb.
Qeyd edək ki, Mərakeş yarımfinalda Fransa ilə qarşılaşacaq.