Bu gün UEFA Millətlər Liqasında III tura yekun vurulub.
Apasport.az xəbər verir ki, Ronaldolu Portuqaliya yığması Polşanın qonağı olub.
Kriştanunun da fərqləndiyi matçda portuqallar rəqibini səfərdə məğlub edib: 3:1.
İspaniya Danimarkanı, Serbiya isə İsveçrəni sınağa çəkib.
İspanlar Skandinaviya təmsilçisinə minimal hesabla (1:0) qalib gəlib.
Serbiya isə İsveçrəni 2:0 hesabı ilə məğlub edib.
UEFA Millətlər Liqası
III tur
12 oktyabr
A Liqası
1-ci qrup
20:00 Xorvatiya – Şotlandiya 2:1
22:45 Polşa – Portuqaliya 1:3
Xal durumu: Portuqaliya – 9, Xorvatiya – 4, Polşa – 3, Şotlandiya – 0
4-cü qrup
22:45 Serbiya – İsveçrə 2:0
22:45 İspaniya – Danimarka 1:0
Xal durumu: İspaniya – 7, Danimarka – 6, Serbiya – 4, İsveçrə – 0
C Liqası
2-ci qrup
17:00 Litva – Kosovo 1:2
22:45 Kipr – Rumıniya 0:3
Xal durumu: Rumıniya – 9, Kosovo – 6, Kipr – 3, Litva – 0
3-cü qrup
20:00 Bolqarıstan – Lüksemburq 0:0
22:45 Belarus – Şimali İrlandiya 0:0
Xal durumu: Belarus – 5, Bolqarıstan – 5, Şimali İrlandiya – 4, Lüksemburq – 1