Modeldən milli qapıçısına DÇ-2022 vədi: Unudulmaz gecə
08.11.2022 - 16:20
Modeldən milli qapıçısına DÇ-2022 vədi: Unudulmaz gecə

Meksikalı model Vanda Espinoza maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, tanınmış aktrisa yığmasının Qətərdə keçiriləcək dünya çempionatında qələbəsinə ümid edir.

O, bunun baş verəcəyi təqdirdə Meksika millisinin qapıçısı Gilyermo Oçoaya unudulmaz gecə vəd edib: “Sənə elə söz verdim ki, dünya çempionluğunu qazanmaqdan çox həyəcanlandın”.

Qeyd edək ki, Meksika millisi noyabrın 20-də start götürəcək DÇ-2022-nin qrup mərhələsində Argentina, Polşa və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.

writer photo
Əlirza Əlirzalı
0