Mundiallar tarixinin ən yaxşı qapıçıları – “30-luq”
13.11.2022 - 13:43
Mundiallar tarixinin ən yaxşı qapıçıları – “30-luq”

Dünya çempionatları tarixinin ən yaxşı qapıçıları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, mundiallarda iştirak etmiş ən yaxşı 30 qolkiper performansa görə sıralanıb.

Siyahıya Uruqvay millisinin heyətində ilk dünya çempionatının qalibi olan Enrike Ballestrero başçılıq edir. Onu müxtəlif dövrlərdə İtaliya yığmasının çərçivəsini qorumuş Canpyero Kombi və Aldo Olivieri izləyir.

Milli karyerasını davam etdirən 4 qapıçı da cədvələ düşə bilib. Belə ki, Manuel Noyer, Gilyermo Oçoa, Tibo Kurtua və Uqo Lyoris son “dördlüy”ü bölüşür.

1. Enrike Ballestrero (Uruqvay)
2. Canpyero Kombi (İtaliya)
3. Aldo Olivieri (İtaliya)
4. Roke Maspoli (Uruqvay)
5. Antonio Karbayal (Meksika)
6. Toni Turek (Qərbi Almaniya)
7. Harri Qreqq (Şimali İrlandiya)
8. Gilmar (Braziliya)
9. Qordon Benks (İngiltərə)
10. Lev Yaşin (SSRİ)
11. Feliks (Braziliya)
12. Sepp Mayer (Qərbi Almaniya)
13. Ubaldo Fillol (Argentina)
14. Dino Zoff (İtaliya)
15. Neri Pumpido (Argentina)
16. Valter Zenqa (İtaliya)
17. Serxio Qoyçoçea (Argentina)
18. Bodo İllqner (Qərbi Almaniya/Almaniya)
19. Klaudio Taffarel (Braziliya)
20. Mişel Pryudomm (Belçika)
21. Fabyen Bartez (Fransa)
22. Markos (Braziliya)
23. Oliver Kan (Almaniya)
24. Canluici Buffon (İtaliya)
25. İker Kasilyas (İspaniya)
26. Tim Hovard (ABŞ)
27. Manuel Noyer (Almaniya)
28. Gilyermo Oçoa (Meksika)
29. Tibo Kurtua (Belçika)
30. Uqo Lyoris (Fransa)
 

writer photo
Əlirza Əlirzalı
0