"Qalatasaray" cari mövsüm Super Liqada yeni rekorda imza atdı
04.01.2023 - 23:28
"Qalatasaray" cari mövsüm Super Liqada yeni rekorda imza atdı

Türkiyə Super Liqasında "Qalatasaray" cari mövsüm yeni göstəriciyə imza atıb.

Apasport.az xəbər verir ki, İstanbul komandası bu gün "Ankaragücü"yə 2:1 qalib gəlib.

Bu nəticə ilə "Qalatasaray" bu mövsüm Super Liqada ardıcıl 6 oyunda qələbə qazanan ilk komanda olub.

Qeyd edək ki, "aslanlar" 36 xalla turnir cədvəlinin lideridir.

writer photo
Əlirza Əlirzalı
0