“Qalatasaray" Çempionlar Liqası ilə vidalaşıb - YENİLƏNİB
28.08.2024 - 01:04
“Qalatasaray" Çempionlar Liqası ilə vidalaşıb - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Türkiyənin turnirdə yeganə təmsilçisi “Qalatasaray” İstanbulda “Yanq Boyz”u qəbul edib.

Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında İsveçrədə baş tutan görüşdə də “cim-bom” uduzub – 2:3.

Bu nəticədən sonra qitənin ən nüfuzlu futbol turniriylə vidalaşan "Qalatasaray" avrokubok macərasını Avropa Liqasında davam etdirəcək. 

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

27 avqust

23:00 "Qalatasaray" (Türkiyə) – "Yanq Boyz" (İsveçrə) 0:1
İlk oyun 2:3

23:00 "Zalsburq" (Avstriya) – "Dinamo" (Kiyev, Ukrayna) 1:1
İlk oyun 2:0

23:00 "Sparta" (Praqa, Çexiya) – "Malmö" (İsveç) 2:0
İlk oyun 2:0

writer photo
Əlirza Əlirzalı
0