“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Liverpul”la “Real” arasında bu gün keçiriləcək Çempionlar Liqasının final oyununu dəyərləndirib.
50 yaşlı mütəxəssis apasport.az saytına açıqlamasında həm favoritinin, həm də azarkeşlik edəcəyi komandanın adını söyləyib.
Qurbanov İngiltərə klubunun çıxışının ona daha çox zövq verdiyini bildirib:
“Etiraf edim ki, bu finalda “Liverpul”a azarkeşlik edəcəyəm. “Liverpul” uzun müddətdir çox yaxşı, inamlı futbol nümayiş etdirir. Ancaq “Real”, xüsusən də, Karlos Ançelotti amili var. O, da finalların məşqçisidir.
Çempionlar Liqasının finalında şansları bərabər hesab edirəm. Öz tərəfimdən üstünlüyü “Liverupl”a verirəm. Sanki “qırmızılar” qalib gələcək deyə düşünürəm. Həm də onların sərgilədiyi futbol bir məşqçi kimi məni daha çox cəlb edir.
Sonda yenə deyim ki, belə oyunlar öncəsi konkret fikir bildirmək çətindir”.
Qeyd edək ki, Parisdə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.