Ronaldonun Ərəbistanda qazanacağı pul bilindi
31.12.2022 - 00:47
Ronaldonun Ərəbistanda qazanacağı pul bilindi

Portuqaliyalı Kriştianu Ronaldonun "Əl-Nəsr"də qazanacağı pul bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanından olan kluba yaxın mənbələrə istinadən "CBS Sports" məlumat yayıb.

37 yaşlı portuqaliyalının ildə 75 milyon dollar qazanacağı qeyd edilib.

Qeyd edək ki, Kriştianu Ronaldo artıq tibbi müayinənin birinci hissəsindən keçib, ikinci hissəsi gələn həftə baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0