DÇ-2022-nin daha bir favoriti mübarizəyə start verib.
Apasport.az saytının məlumatına görə, son dünya çempionu Fransa Qətərdəki mundialda ilk oyununa bu gün çıxıb.
Didye Deşamın yetirmələri D qrupunda ilk turun son matçında Avstraliya ilə üz-üzə gəlib. Çempionata ciddi itkilərlə qatılan “üçrənglilər” bu oyunun favoriti hesab olunurdu.
Maraqlıdır ki, 4 il əvvəl Rusiyada təşkil olunan çempionatda da Fransa ilk oyununu Avstraliyaya qarşı keçirib. Həmin görüşdə 2:1 hesablı qələbə qazanan Deşamın komandası sonda qızıl medallara yiyələnib. Bu matçda da Fransa qələbəyə sevinib. Baxmayaraq ki, görüşdə hesabı "yaşıl qitə" təmsilçisi açıb. Rəqib qapısından 4 top keçirən avropalılar mundiala uğurlu başlayıb - 4:1.
Qeyd edək ki, qrupun bu gün baş tutan digər matçında Danimarka və Tunis qarşılaşıb. Bu oyunda qol qeydə alınmayıb.
DÇ-2022, qrup mərhələsi
22 noyabr
D qrupu
23:00. Fransa - Avstraliya 4:1
Qol: Kreyq Qudvin, 9, Adrien Rabyo, 27, Olivye Jiru, 32, 71, Kilian Mbappe, 68