Suaresdən Neymara dəstək: "Dəfələrlə yıxılmışıq"
11.12.2022 - 17:57
Uruqvay millisinin hücumçusu Luis Suares Braziliya yığmasının futbolçusu Neymara dəstək olub.
Apasport.az xəbər verir ki, o, "Barselona"da oynadığı komanda yoldaşına mundialdan kənarda qaldığına görə təskinlik verib:
“Sənə çoxlu dözüm arzulayıram, qardaş. Dəfələrlə yıxılmışıq, lakin bu gözəl idman növündə uğur qazanmaq üçün mübarizə aparmağa hazır olduğumuz üçün həmişə irəli getmək üçün gücümüz olub. Güclü ol, qardaş”.
Qeyd edək ki, Neymar DÇ-2022-də 3 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
0
0