SülhSEVƏRLƏR
17.12.2022 - 12:31
SülhSEVƏRLƏR

Bu gün DÇ-2022-də üz-üzə gələcək Xorvatiya və Mərakeş tarixdə 3-cü dəfə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, 3-cü yer uğrunda matçda görüşəcək rəqiblər cəmi 2 dəfə münasibətlərini ayırd edib.

Hər iki oyun heç-heçə başa çatıb. Amma 1996-cı ilə təsadüf edən ilk qarşılaşmada qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. II Həssən kubokunun matçında Avropa təmsilçisi daha dəqiq olub.

Cəmi 24 gün əvvəl isə komandalar DÇ-2022-nin qrupunda görüşüb. Həmin dueldə qol vurulmayıb.

11.12.1996. Mərakeş – Xorvatiya – 2:2, pen. 6:7
23.11.2022. Mərakeş – Xorvatiya – 0:0

writer photo
Əlirza Əlirzalı
0