Tarixdə 3-cü
29.11.2022 - 22:28
Tarixdə 3-cü

DÇ-2022-də Seneqal yığması Ekvadora 2:1 hesabı ilə qalib gələrək tarixində ikinci dəfə 1/8 finala yüksəlib.

Apasport.az saytı xəbər verir ki, "Teranqa aslanları" belə uğuru iki və daha çox yaşayan 3-cü Afrika təmsilçisi tarixə düşüb.

Daha əvvəl Nigeriya (1994, 1998, 2014) və Qana milliləri (2006, 2010) buna nail olmuşdu.

Seneqal 2002-ci ildə keçirilən mundialda 1/4 finala qədər irəliləyib. Burada onların qarşısını İlhan Mansızın "qızıl qolu" ilə Türkiyə seçməsi kəsib. Hazırda afrikalıların baş məşqçisi olan Aliu Sisse o zaman yığmada futbolçu kimi çıxış edib.

Ekvadorla görüşdə seneqallıların qələbə qolunu vuran Kalidu Kulibali isə yığmasının mundialda qol vuran ən yaşlı oyunçusu olub. O, bunu 31 yaş 162 günlüyündə bacarıb. Maraqlıdır ki, bu qol Kulibalinin milli komandada ilk qoludur.

Qeyd edək ki, Seneqal yığması 1/8 finalda B qrupunun qalibi ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0