Xorvatiya – Fransa: Kim sevinəcək?
06.06.2022 - 17:29
Xorvatiya – Fransa: Kim sevinəcək?

Bu gün bütün diqqətlər Millətlər Liqasının A liqası çərçivəsində keçiriləcək Xorvatiya – Fransa oyununa yönələcək.

Apasport.az saytının məlumatına görə, bir çox mütəxəssislər kimi, rusiyalı futbol eksperti Artyom Belinin də Splitdə baş tutacaq qarşılaşma barədə fikirlərini bildirib.

Xorvatiyanın həm Fransa önündəki uğursuz statistikasını, həm də Millətlər Liqasına böyükhesablı məğlubiyyətlə (Avstriya - 0:3) başladığını qabardan Belinin Didye Deşamın yetirmələrinin yenə meydanı qalibiyyətlə tərk edəcəyini proqnozlaşdırıb:

Bukmeker şirkətlərinin analitikləri bu cütlükdə fransızları favorit sayır. Komandalar arasındakı son 10 oyunun 6-da üç və ya daha çox qol qeydə alınıb. Bu mənada 2,5 ÜST inandırıcı variant kimi görünə bilər. Ancaq Xorvatiyanın axırıncı 10 matçının yalnız 4-də qarşılıqlı qollar vurulduğunu da vurğulamaq lazımdır.

Maraqlıdır ki, əmsallar Fransanın bu görüşdə 1:0 hesablı qələbə qazanmaq ehtimalının daha çox olduğunu deyir. DÇ-2018-in finalından bəri Fransa ilə Xorvatiyanın duelləri remeykə çevrilib. Rusiyadakı mundialdan sonra iki dəfə üz-üzə gəliblər və hər iki halda Fransa qalib gəlib. Ümumiyyətlə, Xorvatiya tarixi ərzində heç vaxt “üçrənglilər”i məğlub edə bilməyib.

Zlatko Daliçin yetirmələrinin Millətlər Liqasına biabırçı nəticə ilə başladığını nəzərə alsaq, onlar son dünya çempionu önündə uğurdan uzaq görünürlər.

Proqnozum: Fransa qalib gələcək.
 

writer photo
Əlirza Əlirzalı
0