Yalnız meydan sahibləri – KUPON
09.06.2022 - 16:26
Yalnız meydan sahibləri – KUPON

Millətlər Liqasının bu gün start götürən III turu üç günü əhatə edəcək.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Denis Nalivayko turun görüşlərinə 2,85 əmsallıq kupon təklif edir.

“Setanta Sports”un şərhçisi, İspaniya, İtaliya və İngiltərə futbolu üzrə mütəxəssis üç qarşılaşmaya mərc etməyi məsləhət görür. Bu matçlardan biri bu gün, ikisi turun son günündə baş tutacaq. Nalivayko hər üç oyunda meydan sahiblərini qalib görür:

Norveç – Sloveniya
Norveçlilər evdə oynayır, Haland yaxşı durumdadır. Şimal ölkələrində oynamaq həmişə ağırdır. Bu üzdən norveçlilər görüşün aşkar favoritidir. Meydan sahiblərinin qələbəsi 1,43 əmsaldır.

Ukrayna –Ermənistan
Ukraynalılar Uelslə çox yaxşı oynadı. Açığı, bu komandanın dünya çempionatına düşməməsinə təəssüflənirəm: böyük bəxtsizlik, nədənsə təyin olunmayan penalti. Amma Ukrayna yığması göstərdi ki, ətrafda baş verənlərə baxmayaraq, yaxşı formadadır, futbolu haqda düşünə, oynaya bilir. Ermənistanla matçda Ukrayna qalib gəlməlidir. Təmiz qələbənin əmsalı 1,26-dır.

Niderland – Polşa
Polşa yığması Avropanın möhkəm komandalarından sayılır. Buna baxmayaraq, Lui van Qalın Niderland yığması ilə necə işləməsi ağlasığmaz dərəcədə xoşuma gəlir. Bu, parlaq və hücum komandasıdır ki, onu izləmək maraqlıdır. Niderlandlıların evdə oynadığını nəzərə alsaq, bu amil həlledici olacaq. Meydan sahiblərinin 1,58 əmsala bərabər olan qələbəsini seçirəm.

Nəticədə üç matça 2,85 əmsal alınır. Belə səliqəli, amma mənə inandırıcı görünən proqnozdur.

Norveç – Sloveniya: 1
Ukrayna – Ermənistan: 1
Niderland – Polşa: 1
 

writer photo
Əlirza Əlirzalı
0