Daha 2 güləşçimiz BRICS Oyunlarında medal qazanıb
20.06.2024 - 17:46
Daha 2 güləşçimiz BRICS Oyunlarında medal qazanıb

Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında medal qazanıb.

Apasport.az xəbər verir ki, Ziya Babaşov (63 kiloqram) və Təvəkkül Həziyev (67 kiloqram) ikinci yeri tutublar.

Qeyd edək ki, bu gün, həmçinin digər yunan-Roma güləşçiləri - Tuncay Vəzirzadə (82 kiloqram), Məhəmməd Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) yarışda bürünc mükafata sahib çıxıblar.

writer photo
Əlirza Əlirzalı
0