Cüdoçuların Avropa çempionatına hazırlığı başa çatıb
24.06.2024 - 23:10
Yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin Avropa çempionatına hazırlıq prosesi başa çatıb.
Apasport.az xəbər verir ki, məşqlərə 30-dan çox idmançı qatılıb.
Toplanış prosesi iyunun 27-30-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Toplanışa yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli və məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edib.
Qeyd edək ki, təlim-məşq toplanışı iyunun 10-22-də Bakıda təşkil olunub.
0
0