Hidayət Heydərov ipponla yarımfinalda!
29.07.2024 - 15:30
Hidayət Heydərov ipponla yarımfinalda!

Cüdo üzrə Azərbaycan millisinin üzvü Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz kanadalı Artur Margelidon ilə qarşılaşıb.

Əlavə vaxtda ipponla rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.

writer photo
Əlirza Əlirzalı
0