Məhəmməd Rüstəmli çempion adına yiyələnib
25.10.2024 - 19:19
Məhəmməd Rüstəmli çempion adına yiyələnib

Azərbaycan cüdoçuları Bəhreyndə keçirilən Gimnaziadada ilk medallara sahib çıxıblar.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə 6 təmsilçimiz tatamiyə çıxıb.

Ən yüksək nəticəyə Məhəmməd Rüstəmli imza atıb. O, 55 kq çəki dərəcəsində çempion olub. Anar Quliyev (50 kq) yalnız final uduzaraq gümüşə yiyələnib.

Rüstəm Qasımzadə (55 kq), Əl Hümbətov və Fəxri Sahibzadə (hər ikisi 66 kq) və Gülgəz Musayeva (48 kq) bürünc medalla kifayətlənib.

writer photo
Əlirza Əlirzalı
0