Qadın cüdoçularımız Yaponiyada təlim-məşq toplanışına qatılıblar
08.04.2024 - 12:55
Qadın cüdoçularımız Yaponiyada təlim-məşq toplanışına qatılıblar

Azərbaycan milli komandasının qadın cüdoçuları hazırda Yaponiyada, martın 25-dən başlayaraq cüdo düşərgəsində intensiv təlim-məşq toplanışında iştirak edirlər.

Apasport.az xəbər verir ki, təlim-məşq “Toin”, “Kokuşikan”, “Şukutoku” və “Teikyo” universitetlərində keçirilir.

Cüdoçular Aydan Əliyeva, Gültac Məmmədəliyeva, Açelya Toprak və Leyla Əliyeva baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına qatılıblar.

Aprelin 11-dək davam edəcək beynəlxalq toplanış 2024-cü il Paris Yay Olimpiya Oyunları və qarşıdan gələn digər beynəlxalq yarışlar ərəfəsində idmançıların əsas hazırlıq proseslərindən biridir.

writer photo
Əlirza Əlirzalı
0