Həftəsonu bukmeker kontorlarında daha bir böyük mərc qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevər MMA və Amerika futboluna böyük məbləğdə mərc edib.
Better iki qarşılaşmaya 32 min 871,16 dollar qoyub. Kontorun müştərisi Aleks Volkanovskinin titul döyüşündə İslam Maxaçevə, “Filadelfiya İqls”in Milli Futbol Liqasının Superboulunda “Kanzas Siti”yə qalib gələcəyini təxmin edib.
Bu iki variantın əmsalı 7,50-yə bərabər olub. Proqnozsevər 246 min 632,29 dollar uduş qazanmağı arzulayıb.
Amma onun hər iki proqnozu yanlış çıxıb. Maxaçev ardıcıl 12-ci qələbəsini qazanaraq yüngül çəkidə UFC çempionu kəmərini qoruyub. Kanzas təmsilçisi isə 38:35 hesabı ilə qalib gəlib.