Krakov-2023: İlk medalçılar müəyyənləşdi
22.06.2023 - 13:25
Krakov-2023: İlk medalçılar müəyyənləşdi

Krakov-2023 III Avropa Oyunlarında ilk medal dəsti sahibini tapıb.

Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə sinxron üzgüçülükdə qaliblər bəlli olub.

Qarışıq komanda yarışında İtaliya yığması çempion adını qazanıb. Corcio Minisini və Lukreziya Ruggiero 242,3599 xal toplayıb. İspaniyalılar Emma Qarsiya və Dennis-Boneu Qonzales 216,5867     xalla ikinci olub. Beatris Lennon Krass və Ranjuo Çarls Tomblinin yer aldığı Böyük Britaniya millisi 203,4916 xalla “üçlüy”ü qapayıb.

Qeyd edək ki, Avropa Oyunlarında 253 dəst medal sahibini tapacaq.
 

writer photo
Əlirza Əlirzalı
0