“Krallar”ın sloveniyalı “kralı”
22.10.2023 - 16:41
“Krallar”ın sloveniyalı “kralı”

Sloveniyalı hokkeyçi Anje Kopitar NHL-in tarixinə düşüb.

Apasport.az saytı xəbər verir ki, o, “Los-Anceles Kinqz”in heyətində ən çox oyun keçirən hokkeyçi olub.

Kopitar “krallar”ın heyətində 1297-ci oyununa çıxaraq, unikal göstəriciyə imza atıb. O, karyerasını bitirən Dastin Braunun göstəricisini arxada qoyub. 2006/2007 mövsümündən NHL-də çıxış edən Kopitar karyerası ərzində 1146 (395 qol+751 ötürmə) xal toplayıb. 36 yaşlı hücumçu 2012 və 2014-cü illərdə Stenli kubokunu qazanıb.

Qeyd edək ki, Anje 2023/24 movsümünun startında “Los-Anceles”lə iki illik müqavilə imzalayıb.  
 

writer photo
Əlirza Əlirzalı
0