Malkin üçüncü oldu
15.10.2023 - 16:24
Malkin üçüncü oldu

Rusiyalı hokkeyçi Yevgeniy Malkin NHL-də 473-cü qolunu vurub.

Apasport.az-ın məlumatına görə, bununla da, o, turnirdə fərqlənən rusiyalı hokkeyçilər arasında üçüncü pilləyə yüksəlib.

“Pittsburq”un “Kalqari”yə qarşı görüşündə fəqlənən Malkin 1066-cı oyunda bu uğura nail olub. O, nəticədə Aleksandr Moqilnıyə çatıb. İndi Yevgeniy ikinci pillədə qərarlaşan Sergey Fyodorovdan 10 şayba geri qalır. İlk pilldə 822 qolla qərarlaşa Aleksandr Oveçkin isə əlçatmaz görünür.

NHL-in rus bombardirləri
1. Aleksandr Oveçkin – 822 qol.
2. Sergey Fyodorov – 483.
3. Yevgeniy Malkin – 473.
4. Aleksandr Moqilnıy– 473.
5. İlya Kovalçuk – 443.
6. Pavel Bure – 437.
 

writer photo
Əlirza Əlirzalı
0