Pley-offda qonaqlardan rekord
11.06.2023 - 15:07
Pley-offda qonaqlardan rekord

NHL-in 2022/23 mövsümünün pley-offunda qonaq komandalar qələbə rekordunu təkrarlayıblar.

Apasport.az saytı xəbər verir ki, bu, final seriyasının 4-cü matçında “Veqas”ın səfər uğuru nəticəsində tarixə düşüb.

Bu mövsümdə qonaq komandalar rəqib meydançasında 47 dəfə qələbə qazanıblar. Eyni nəticə 2012-ci ildə də qeydə alınıb. Bu rekordun yenilənməsi üçün növbəti oyunda “Florida” səfərdə üstün olması lazımdır. 

Qeyd edək ki, “Veqas” final seriyasında 3:1 hesabı ilə öndədir.
 

writer photo
Əlirza Əlirzalı
0