Zəlzələ nəticəsində 5 türkiyəli güləşçi dünyasını dəyişib.
Apasport.az xəbər verir ki, bunu Türkiyə Güləş Federasiyasının prezidenti Şərəf Əroğlu "Güləşə dair" kanalına müsahibəsində deyib.
2004 Afina Olimpiadasında Fərid Mansurova finalda uduzaraq gümüş medal qazanmış, dünya və yeddiqat Avropa çempionu olan Əroğlu bildirib ki, 8 güləşçinin həyatını xilas etmək mümkün olub: "8 idmançımız sağ-salamat qurtarıldı. 5 idmançımız rəhmətlik oldu. Daha dağıntılar altında qalan 4 idmançımız var, Hasanımız var, İbrahimimiz var, onları gözləyirik. İnşallah, Allah onları ailələrinə, evlərinə bağışlayar".
Qeyd edək ki, 12 fevralda Kahramanmaraş şəhərində güləş turniri olmalı idi. Bu səbəbdən də 47 yaşlı Şərəf Əroğlu zəlzələ olan günü orada olduğunu bildirib.