“TeamGym” çempionatında 14 ölkə iştirak edəcək
22.07.2024 - 20:56
“TeamGym” çempionatında 14 ölkə iştirak edəcək

Bakıda keçiriləcək gimnastika üzrə “TeamGym” çempionatında iştirak etmək üçün 14 ölkənin yığma komandası ərizə təqdim edib.

Apasport.az xəbər verir ki, yarış oktyabrın 16-19-da baş tutacaq.

Yarışa ev sahibliyi edəcək millimizin rəqibləri Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç və İsveç idmançıları olacaq.

Bakıya 498 gimnastın gələcəyi gözlənilir. Onların arasında 268 böyük və 230 yeniyetmə idmançı var.

Qeyd edək ki, “TeamGym” Avropa Gimnastikasının populyarlaşdırdığı komanda yarışıdır. Bu turnir üç növdə çıxışlardan ibarətdir: “TeamGym” xalçası, tamblinq zolağı və kiçik batut.

writer photo
Əlirza Əlirzalı
0