Gəncə məktəbliləri sərbəst güləşdə fərqləniblər
05.06.2024 - 19:27
Gəncə məktəbliləri sərbəst güləşdə fərqləniblər

Məktəblilərin Respublika çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub.

Apasport.az xəbər verir ki Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığıyla keçirilən birinciliyin 2-ci günündə 5 çəkidə qaliblər müəyyənləşib.

38, 44, 52, 62 və 75 kq-da keçirilən yarışlarda “Sabunçu” idmançıları fərqləniblər. Onlar 2 çəkidə qızıl medal qazanıblar.

Yekun nəticələrə görə komanda hesabında Gəncə (171) birinci, Sabunçu (107) ikinci, Abşeron (86) isə üçüncü yeri tutub.

38 kq
1. Əli Rəcəbov (Gəncə, “Təhsil”)
2. Sərxan Musayev (Qax, ROİL)
3. Əlişirin Məlikli (Xəzər), Toğrul Əliyev (Salyan)

44 kq
1. Əkbər Əsgərov (Abşeron)
2. Mircəlal Hüseynov (Gəncə, “Təhsil”)
3. İmamrza Həmidzadə (Astara), Murad Mehdiyev (Zaqatala)

52 kq
1. Aslan Əmirov (Sabunçu)
2. Elcan Həsənov (Xəzər)
3. Muraz Hüseynov (Gəncə, “Təhsil”), Fərşid Həkimi (Şamaxı)

62 kq
1. Elcan Ağayev (Sumqayıt)
2. Ömər Əliyev (Sabunçu)
3. İslam Rəcəbov (Abşeron), Xəyal Şükürlü (Cəlilabad)

75 kq
1. Elvin Nəcəfzadə (Sabunçu)
2. Şadıyar Abbaszadə (Cəlilabad)
3. Yusif Qocayev (Qazax), Nəcməddin Məmmədli (Balakən)

writer photo
Əlirza Əlirzalı
0