“Arsenal”da dəyişməz “11-lik”
04.02.2023 - 17:17
“Arsenal”da dəyişməz “11-lik”

İngiltərə Premyer Liqasında nadir təsadüf olunan hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, buna “Arsenal” imza atıb.

London klubu “Everton”la hazırda davam edən görüşə standarta çevrilən heyətlə başlayıb. Belə ki, “topçular” ardıcıl 5-ci matça eyni “11-lik”lə çıxıb. Baş məşqçi Mikel Artetanın start heyəti dəyişməməsi nadir hallarda yaşanır.

“Arsenal” sonuncu dəfə 2014/15 mövsümündə belə hadisə ilə üzləşib. Həmin vaxt “topçular” ardıcıl 6 görüşə eyni “11-lik”lə çıxıb.

Qeyd edək ki, “Qudison Park”da keçirilən görüşdə hələlik hesab açılmayıb.

writer photo
Əlirza Əlirzalı
0