12 oyunda ÜST atdı – 3454 əmsalı tutdu
31.10.2022 - 14:31
12 oyunda ÜST atdı – 3454 əmsalı tutdu

Bukmeker kontorlarında daha bir böyük əmsallı kupon qalib gəlib.

Apasport.az saytının məlumatına görə, ötən həftə milli çempionatlarda keçirilən oyunlar daha bir proqnozsevəri ciddi şəkildə zənginləşdirib.

Mərc həvəskarı 12 matça proqnoz verib. O, yeddi müxtəlif ölkənin liqalarına mərc gəlib.

O, Bolqarıstan, Kipr, Polşa, Rumıniya, Sloveniya, Slovakiya, Xorvatiya və Meksikanın həm yüksək, həm aşağı dəstələrinin oyunlarına eyni variant proqnozlaşdırıb. Better 12 görüşün hamısında Üst gələcəyini təxmin edib və yanılmayıb.

Ən aşağısı 1,65, ən yüksəyi 2,45 əmsala bərabər bu mərclərin yekunu 3454,07-yə çatıb. Yalnız iki qarşılaşma proqnozsevəri əsəb gərginliyində saxlayıb.

“Akritas” və AEL-in qarşılaşmasında 90+5-ci, “Şibenik” – “Varajdin” matçında 90+4-cü dəqiqə 3-cü qolun vurulması ilə yadda qalıb. Nəticədə 20 rublla (0,55 manat) mərc edən better 69 min 81 rubl (1906,64 manat) uduş əldə edib.

writer photo
Əlirza Əlirzalı
0