19 oyuna dəqiq MƏRC
24.01.2023 - 11:29
19 oyuna dəqiq MƏRC

Bukmeker kontorlarında daha bir böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Cənubi Afrika Respublikasında yaşayan proqnozsevər 19 futbol matçına mərc edib.

O, ekspress kupona 3 min 330 rand (329,64 manat) qoyub. Afrikalı proqnozsevərin bütün təxminləri dəqiq çıxıb. Onun uduşu 8 milyon 663 min 521 rand (857 min 610,46 manat) təşkil edib.

writer photo
Əlirza Əlirzalı
0