Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevərin 22 oyundan ibarət ekspress kuponu dəqiq olub.
Müştəri futbol, hokkey və həndbol matçlarına üstünlük verib. Kuponun ümumi əmsalı 2417,71-ə bərabər olub.
Bütün qarşılaşmalarda duelin nəticəsinə mərc edən better heç bir görüşdə 1,85 əmsaldan yuxarı riskə ehtiyac duymayıb.
Proqnozsevərin 21 matçla bağlı təxmini özünü doğruldub. Sonuncu - ən gec başlamalı olan qarşılaşma isə təxirə salındığından kupon uduş gətirib.
O, bu kupona cəmi 100 rubl (2,42 manat) qoyub. Uduşun məbləği isə 241 min 771 rubla (5 min 850,86 manat) bərabər olub.