Bukmeker kontorlarında daha bir böyük əmsallı uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, bu dəfə futbol deyil, hokkey həvəskarı düzgün təxminləri ilə diqqət mərkəzinə düşüb.
Rusiyalı better Milli Hokkey Liqasının matçlarına proqnoz verib. O, səkkiz qarşılaşma altısında qalibi müəyyənləşdirib, ikisində əsas vaxtda heç-heçə təxmin edib. Bu matçlardan yalnız ikisinin əmsalı 2-dən aşağı olub.
Okeanın o tayında qeydə alınan nəticələr betterə sevinc gətirib. Onun 2363,55 əmsallıq kuponu uduşlu olub. Cəmi 50 rubl (1 manat 38 qəpik) ilə mərc edən proqnozsevər 118 min 178 rubl (3 min 261,78 manat) uduşa sahib çıxıb.