2792,66 əmsallıq UDUŞ
14.12.2022 - 13:54
2792,66 əmsallıq UDUŞ

Bukmeker kontorlarında növbəti böyük əmsallıq uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər yalnız Milli Hokkey Liqasının matçlarına üstünlük verib.

7 oyuna mərc edən betterin ekspress kuponu 2792,66 əmsala bərabər olub. O, bütün görüşlərdə nəticələri təxmin edib. İki qarşılaşmada heç-heçə proqnozlaşdıran müştəri digər oyunların qalibini tapıb.

Böyük əmsal seçən better cəmi 20 rublla (54 qəpik) risk edib. Təxminləri doğrulan proqnozsevər 55 min 853 rubl (1508,03 manat) uduşa sahib çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0