"Arsenal"a daha bir zərbəni autsayder vurdu
22.04.2023 - 01:05
"Arsenal"a daha bir zərbəni autsayder vurdu

İngiltərə Premyer Liqasının lideri "Arsenal" ardıcıl 3 matç xal itirib.

Apasport.az xəbər verir ki, London klubu ardıcıl 3 oyun 1 xala razılaşmalı olub.

Daha əvvəl "Liverpul" və "Vest Hem"lə matçlarda 2:0 hesablı üstünlüyü qoruyub saxlamağı bacarmayan "topçular" bu dəfə autsayder "Sauthempton"a məğlubiyyətdən qurtulub. Komanda 1:3 uduzduğu görüşdə yalnız 2 qol vurmaqla 1 xala razılaşmalı olub.

Qeyd edək ki, hazırda 75 xalı olan "Arsenal" 2-ci pillədəki "Mançester Siti"ni cəmi 5 xal qabaqlayır. "Arsenal"ın "Nyukasl" və "Mançester Siti" ilə səfər görüşlərinin olduğunu, üstəlik "şəhərlilər"in 2 matç az keçirdiyini nəzərə alsaq, artıq London komandasının çempionluq şansları az dəyərləndirilir.

writer photo
Əlirza Əlirzalı
0