"Bavariya"dan biabırçı məğlubiyyət - VİDEO
10.12.2023 - 10:42
"Bavariya"dan biabırçı məğlubiyyət - VİDEO

Almaniya Bundesliqasında XIV turun oyunları keçirilir. 2-ci oyun günündə “Bavariya” və “Ayntraxt” komandaları qarşılaşıb.

Apasport.az xəbər verir ki, Frankfurtdakı “Deutsche Bank Park” stadionunda baş tutan görüşdə "Ayntraxt" 5:1 hesabı ilə rəqibini meydançaya çıxmağa peşman edib. 

“Ayntraxt”dan Ömər Marmuş, Erik Cunior Ebimbe (dubl), Hüqo Larsson və Ansqar Knauff fərqlənib.

“Bavariya”nın yeganə qolunu Coşua Kimmix vurub.

Tomas Tuxelin yetirmələri 10 qələbə və iki heç-heçədən sonra Bundesliqada bu mövsüm ilk dəfə məğlub olublar.

writer photo
Əlirza Əlirzalı
0