“Böyük beşlik”: Oyunlara nə qədər qalıb?
15.12.2022 - 12:46
“Böyük beşlik”: Oyunlara nə qədər qalıb?

Qətərdə keçirilən DÇ-2022 finiş xəttinə yaxınlaşır.

Apasport.az saytının məlumatına görə, cəmi iki oyuna qalan mundialda hər hansı hədəfi qalmayan azarkeşlər artıq milli çempionatların bərpasını səbirsizliklə gözləyir.

Həm fanatlar, həm proqnozsevərlər, həm də bukmeker kontorları daha çox “Böyük beşlik” liqalarının bərpasını gözləyir. Avropanın ən yaxşı beş çempionatı isə fərqli vaxtda bərpa ediləcək.

İngiltərə Premyer Liqasında matçların yenidən keçirilməsinə cəmi 11 gün qalıb. Fransa və İspaniyada da qarşılaşmalar bu il bərpa olunacaq.

İki liqa isə 2023-cü ili gözləyəcək. Maraqlıdır ki, çempionatı ən gec bərpa olunan ölkələrin yığmaları üçün DÇ-2022 kabusa çevrilib. İtaliya final mərhələsinə çıxa bilməyib, Almaniya qrupda qalıb.

İngiltərə Premyer Liqası – 26 dekabr
Fransa Liqa1 – 28 dekabr
İspaniya La Liqası – 29 dekabr
İtaliya A seriyası – 4 yanvar
Almaniya Bundesliqası – 20 yanvar
 

writer photo
Əlirza Əlirzalı
0