Bukmeker kontoru uduşu verməkdən İMTİNA ETDİ
04.01.2023 - 14:06
Bukmeker kontoru uduşu verməkdən İMTİNA ETDİ

Böyük Britaniyanın bukmeker kontorlarından biri xoşagəlməz hadisəyə səbəb olub.

Apasport.az saytının məlumatına görə, şirkət DÇ-2022 ilə bağlı böyük uduş əldə edən Liam Manifoldun pulunu verməkdən boyun qaçırıb.

Proqnozsevər noyabrın 11-də ekspress kupona 10 funt sterlinq qoyub. O, Argentinanın çempion, Lionel Messinin ən yaxşı futbolçu, Fransanın da finalçı olacağına mərc edib.

Bu kuponun əmsalı 1495-ə bərabər olub. Better mundial başa çatdıqdan sonra 14950 funt sterlinqini almaq üçün kontora yaxınlaşdıqda ona imtina olunub.

30 yaşlı mühəndisə bildiriblər ki, eynitipli üç mərcin bir ekspressdə yer aldıqda əmsalların aşağı düşməlidir. Kontor Liama 660 funt sterlinq kompensasiya ödəməyə razılıq verib. 

Proqnozsevər uduşunu almaq üçün müvafiq qurumlara şikayət edib. O, yekun qərarın verilməsini gözləyir.
 

writer photo
Əlirza Əlirzalı
0