"Everton" Futbol Klubu bu gün Premyer Liqa Komissiyasının komandanın 10 xalını silməsi qərarına qarşı etiraz edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Everton" məsələ ilə əlaqədar Premyer Liqa Məhkəmə Kollegiyasının sədrinə apellyasiya şikayəti verib. Bundan sonra işə baxmaq üçün Apellyasiya Şurası təyin olunacaq.
Qeyd edək ki,İngiltərə Premyer Liqası maliyyə feyr-pley qaydalarını pozduğuna görə “Everton”u turnir cədvəlində 10 xaldan məhrum edib. Bu səbəbdən, komanda 14-cü yerdən 19-cu yerə düşüb. Keçirilən 13 oyundan sonra "Everton"un cəmi 4 xalı qalıb.