İspaniya La Liqasına vəsiqə uğrunda pley-offun ilk finalçısı bu gün bəlli olacaq.
Apasport.az saytının məlumatına görə, “Las-Palmas” yarımfinalın cavab matçında “Tenerife”ni qəbul edəcək.
Futbol eksperti Roman Timoşenko Kanar adaları derbisi sayılan bu görüşə proqnoz verib:
“Las-Palmas” evdəki son 6 matçda uduzmayıb. Üstəlik, “Tenerife” son 6 səfər oyununda rəqib qapısına 5-dən az zərbə endirir.
Topla oynamağı sevən “Las-Palmas”ın matçda diqtə edən tərəf olacağı şübhə doğurmur. Bu ərazi üstünlüyünü qola çevirmək isə hücumçuların, xüsusilə ən yaxşı bombardir olan kapitan Xonatan Vieranın üzərinə düşür.
Buna baxmayaraq, öz meydanında 1:0 hesabı ilə qalib gələn “Tenerife” səfər matçına üstünlüklə çıxacaq. Onları heç-heçə də qane edir.
Səfər oyunlarında əks-hücum taktikası seçən qonaqlar yenə ənənəvi üslubda çıxış edəcək. Komandanın ümidləri bombardiri Eladinin sürətinə olacaq.
Amma İspaniya futbolunda meydan amili böyük rola malikdir. Azarkeş dəstəyi əksər qarşılaşmalarda ev komandasına kömək edir. Bu dəfə də belə olacağını düşünürəm. Əmsalın 2-yə yaxın olması da bu varianta qoyuluş etməyə stimul verir.
Proqnozum: 1