Lionel Messi DÇ-2022-dən sonra milli karyerasını bitirməyə bilər.
Apasport.az saytının məlumatına görə, bunu Argentina yığmasının baş məşqçisi Lionel Skaloni açıqlayıb.
Onun sözlərinə görə, 35 yaşlı hücumçunun DÇ-2026-da iştirakı da istisna deyil: “Bu Leonun son dünya çempionatı ola bilər. Amma ümid edirəm ki, belə olmayacaq. Meydanda xoşbəxtdir. Ona lazım olduğu kimi qayğı göstərsək, millidə daha çox çıxış edər. Azarkeşlər də Messinin milli karyerasını davam etdirməsini istəyirlər. Ümid edirəm ki, Leo DÇ-2026-da da yığmanın heyətində olacaq”.
Qeyd edək ki, Argentina yığması DÇ-2022-də ilk oyununu noyabrın 22-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.