Sabah Misli Premyer Liqasında mövsümün ikinci yarısı start götürəcək.
Apasport.az saytının məlumatına görə, XIX turun ilk günündə bir oyun baş tutacaq.
Gəncədə keçiriləcək “Kəpəz” – “Qəbələ” matçına proqnoz açıqlanıb. Ekspertlər qarşılaşma üçün ən optimal variantı təklif edib:
Hazırda 9-cu pillədə qərarlaşan “Kəpəz” elitada qalmaq üçün mübarizə aparır. 18 oyunda 35 qol buraxan komandanın ən böyük problemi etibarsız müdafiədir.
“Qəbələ” ilə görüşlər də gəncəlilər üçün uğursuz keçir. Son 5 matçda cəmi 1 xal qazanılıb. Bu dəfə də müdafiədən oynayacaq meydan sahibləri üçün heç-heçə də uğurlu nəticə sayılacaq.
Özü üçün yüksək sayılmayan 5-ci sırada qərarlaşan “Qəbələ” heç cür “üçlüy”ə düşə bilmir. Cəmi 20 qol vuran komandanın qol imkanlarından yararlanmada çətinlikləri var.
Bukmekerlər də qonaqları matçın favoriti hesab edir. Avrokuboklara vəsiqə üçün mübarizə aparan komandanın matçın taleyini ilk yarıda həll edəcəyi daha inandırıcıdır. Bu üzdən qonaqların ilk yarıdakı qələbəsinə mərc etmək mümkündür. Belə variantın əmsalı 2,02-yə bərabərdir.
Proqnoz: 1-ci hissədə 2