"Qalatasaray" evdə xal itirdi
23.04.2023 - 22:14
"Qalatasaray" evdə xal itirdi

Türkiyə Super Liqasının lideri "Qalatasaray" öz meydanında xal itirib.

Apasport.az xəbər verir ki, İstanbul klubu XXXI turda "Fatih Karagümrük"lə qarşılaşıb.

Görüş bol qollu keçib və 3:3 hesabı qeydə alınıb. 67-ci dəqiqədə "Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi penaltidən fərqlənə bilməyib.

Qeyd edək ki, hazırda "Qalatasaray" 70 xalla liderdir. 2-ci pillədəki "Fənərbağça"nın 63 xalı var. "Sarı-lacivərdlilər" sabah "İstanbulspor"a qalib gəlsə, xal fərqi 4-ə enəcək.

writer photo
Əlirza Əlirzalı
0