Terimin komandası səfərdə məğlub oldu
01.02.2025 - 01:50
Terimin komandası səfərdə məğlub oldu

Fatih Terimin rəhbərlik etdiyi “Əl-Şabab” liqada növbəti matçını keçirib.

Apasport.az xəbər verir ki, komanda Səudiyyə Ərəbistanı Pro Liqasının XXVIII turu çərçivəsində “Əl-İttifaq”la qarşılaşıb.

Türkiyəli mütəxəssisin yetirmələri evə xalsız dönüblər.

“Əl-İttifaq” bir penalti zərbəsindən yararlanmayan və bir qolu da VAR-dan qayıdan “Əl-Şabab”ı 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

Səudiyyə Ərəbistanı Pro Liqası
XVIII tur

21:00. “Əl-İttifaq” – “Əl-Şabab” – 3:1

writer photo
Əlirza Əlirzalı
0