Şahmatçılarımız günü məğlubiyyətsiz başa vurublar
31.05.2024 - 23:44
Şahmatçılarımız günü məğlubiyyətsiz başa vurublar

“Dubai Open 2024” şahmat turnirinin 7-ci turu Azərbaycan zəka sahibləri üçün uğulu alınıb.

Apasport.az xəbər verir ki, təmsilçilərimizin heç biri uduzmayıb.

Lider Məhəmməd Muradlı turu yarım xalla başa vurub. O, hindistanlı Goş Aronyakla heç-heçə oynayıb. Bu nəticədən sonra Məhəmməd 5,5 xalla 2-ci pillədə qərarlaşıb. 1-ci və 3-cü pillələrdə yer alan şahmatçılar da eyni xala malikdir.

Eltac Səfərli, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva qələbə qazanıb, Əhməd Xaqan və Rəvan Əliyev yarım xala razı olub.

writer photo
Əlirza Əlirzalı
0