Şahmatçılarımızdan maksimun nəticə
11.06.2024 - 19:44
Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında dünya çempionatında 9-cu tura yekun vurulub.
Apasport.az xəbər verir ki, hesabat turu şahmatçılarımız üçün uğurlu alınıb.
Təmsilçilərimiz hindistanlı rəqiblərini mat ediblər. Nərmin Abdinova, Ayan Allahverdiyeva və Səbinə Rzalı qələbə qazanıb. Bu nəticələrdən sonra Nərmin və Ayan 6,5 xalla ilk 5-likdə yer alıblar. Səbinə Rzalının hesabında 5 xal var.
9-cu tur
V Rindhiya (Hindistan) – Ayan Allahverdiyeva – 0:1
Srekumar Anupam (Hindistan) – Nərmin Abdinova – 0:1
Səbina Rzalı – G Şivamşika (Hindistan) – 1:0
0
0