11-ci duel: Fransa 59 ildir Mərakeşə uduzmur
14.12.2022 - 14:06
11-ci duel: Fransa 59 ildir Mərakeşə uduzmur

DÇ-2022-nin bu gün keçiriləcək ikinci yarımfinal oyununda üz-üzə gələcək Fransa və Mərakeş milliləri indiyədək 10 dəfə qarşılaşıb.

Apasport.az saytının məlumatına görə, rəqiblər indiyədək rəsmi xarakterli turnirlərdə görüşməyib.

Əvvəlki qarşılaşmalar yoldaşlıq oyunları və kiçik beynəlxalq turnirlər çərçivəsində baş tutub. Bu matçlarda Fransa böyük üstünlüyə malikdir.

1963-cü ildə keçirilən ilk dueldə qalib gələn Afrika təmsilçisi 59 ildir qələbə qazanmır. Cəmi 1 dəfə uduzan fransalılar sonrakı görüşlərdə 5 dəfə qalib gəlib və 4 heç-heçə edib. Top fərqi də avropalıların xeyrinədir – 19-11. Amma heç-heçə bitən qarşılaşmaların ikisində penaltilər seriyasında fransalılar qələbə qazanıb.

28.04.1963. Mərakeş – Fransa - 2:1
20.03.1966. Fransa – Mərakeş - 2:2
10.09.1967. Mərakeş – Fransa - 0:2
04.09.1975. Fransa – Mərakeş - 1:1, pen. 3:1
17.09.1987. Mərakeş – Fransa - 0:0
05.02.1988. Fransa – Mərakeş - 2:1
23.01.1996. Fransa – Mərakeş - 1:0
29.05.1998. Mərakeş – Fransa - 2:2, pen. 5:6
20.01.1999. Fransa – Mərakeş - 1:0
06.01.2000. Mərakeş – Fransa - 1:5
16.11.2007. Fransa – Mərakeş - 2:2

writer photo
Əlirza Əlirzalı
0