180 “quru oyun”
20.02.2023 - 12:00
"Mançester Yunayted"in qapıçısı David De Xeanın qol buraxmadığı oyunlarının sayı 180-ə çatıb.
Apasport.az saytı xəbər verir ki, ispaniyalı qolkiper buna Premyer Liqada "Lester"lə matçda (3:0) nail olub.
Nəticədə De Xea "qırmızı şeytanlar"ın keçmiş qapıçısı Peter Şmeyxelin nailiyyətini təkrarlayıb. Danimarkalı əfsanə də 180 “quru matça” sahib idi.
Qeyd edək ki, 32 yaşlı qapıçı Premyer Liqada 140, cari mövsümdə isə 10 belə oyun keçirib.
0
0