Argentinadan REKORD
10.12.2022 - 10:10
Argentinadan REKORD

Argentina dünya çempionatlarında penaltilər seriyasında qazanılan qələbə sayında rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandı üstələyən cənubi amerikalılar 5-ci belə uğuruna nail olub.

Lionel Messi və komandası 2:2 hesabı bilə bitən qarşılaşmanın “lotereya”sında üstün olub – 4:2. Tarixində 6-cı dəfə mundialda penaltilər seriyasında qüvvəsini sınayan Argentina hamıdan çox – 5 dəfə qalib olub.

Niderland isə 3-cü dəfə belə seriyada uduzub. Yalnız İspaniya daha çox – 4 uğursuzluq yaşayıb.

Qeyd edək ki, Argentina yarımfinalda Xorvatiya ilə üz-üzə gələcək.
 

writer photo
Əlirza Əlirzalı
0