“Arsenal” daha bir rekorda imza atıb.
Apasport.az saytı xəbər verir ki, “topçular” İngiltərə futbol tarixində bir mövsümdə 10 London derbisində qalib gələn ilk komanda adını qazanıb.
Mikel Artetanın yetirmələri “Fulhem” (2:1, 3:0), “Tottenhem” (3:1, 2:0), “Vest Hem” (3:1), “Brentford” (3:0), “Kristal Pelas” (4:1, 2:0) və “Çelsi” (3:1, 1:0) ilə oyunlarda 3 xala sevinən tərəf olub. London klubu "Brentford" və "Vest Hem"lə matçlarda bir dəfə də heç-heçə oynayıb (müvafiq olaraq 1:1 və 2:2).
Hazırda 34 matçdan 78 xal toplayan “Arsenal” turnir cədvəlinin ilk pilləsində yer alır. Komanda ən yaxın rəqibi “Mançester Siti”ni 2 xal qabaqlasa da, Pep Qvardiolanın yetirmələrinin ehtiyatda iki oyunu daha var.
Qeyd edək ki, Londonlular XXXIV tur çərçivəsində oynanılan son derbidə “Çelsi”ni 3:1 hesabı ilə məğlub ediblər.