Çempionlar Liqasında başla ən çox qol vuranlar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlində üç bombardir yer alıb.
Qitənin ən nüfuzlu klub turnirinin mütləq rekordçusu Kriştiano Ronaldodur. Portuqaliyalı ulduz 25 dəfə baş zərbəsi ilə rəqib qapısına yol tapıb.
İkinci pillədə ikihakimiyyətlilikdir. Fransalı Kərim Benzema cari mövsümün startına qədər bu mövqedə qərarlaşmışdı. Onun aktivində başla 18 qol var.
Lakin Robert Levandovski ona çatıb. Polşalı “Barselona”nın “Viktoriya” ilə I turdakı görüşündə fərqlənib. Bu qol onun 18-ci belə qolu olub.
Qeyd edək ki, Levandovski komandasının 5:1 hesablı qələbəsinə ümumilikdə üç topla töhfə verib.